İraqdakı qaçqınların 19 milyon dollara ehtiyacı var
Bizi izləyin

Dünya

İraqdakı qaçqınların 19 milyon dollara ehtiyacı var

İraqda 1.5 milyon qaçqına qış mövsümündə yardım məqsədi ilə 19 milyon dollara ehtiyac var.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bəyanat yayıb.

Cəmiyyətin sözçüsü Martşa Karpentierin dediyinə görə, insanlar su, ərzaq, səhiyyə xidmətləri və digər lazımi avadanlıqların qıtlığından əziyyət çəkir. Ən böyük narahatlıq sahəsi təbabətdir. Regionda səhiyyə ocaqları bağlanıb, insanlar ciddi xəstəliklər riski qarşısındadır.

İraqda 2 milyon məcburi köçkünün yarım milyonu Kürdüstan regionunun payına düşür. Digərləri isə İslam Dövlətinin nəzarəti altında olan mərkəzi və cənub regionlarda yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm