İŞİD-ə 13 zərbə
Bizi izləyin

Dünya

İŞİD-ə 13 zərbə

ABŞ və koalisiya qüvvələri Suriya və İraqda İslam Dövlətinə qarşı 13 hava zərbəsi həyata keçirib.

Publika.az xəbər verir ki, Suriyanın Kobani şəhəri yaxınlığında 5 hava hücumu yaraqlıların mövqelərini hədəf alıb. Digər bir hücum nəticəsində Əl Hasaka xam neft qurğularını dağıdıb.

İraqın Əl-Rutbah, Tal Afar, Kərkük. Fəlluca, Əl-Əsəd və Sincar şəhərlərinə qarşı hücumlar İslam Dövlətinin yoxlanış məntəqələri və maşınlarını sıradan çıxarıb.

İraqın Səmarra şəhərində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 3 nəfər həlak olub, 41 adam yaralanıb.

İraqdan 125 kilometrlik məsafədə yerləşən bu şəhər İslam Dövləti yaraqlılarının hücumları altındadır.

Əl-Qaidə ilə əlaqəsi olan Nüsra Cəbhəsi Suriyada 13-cü əsrdən qalan məbədi partladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm