• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ceki Çanın oğluna hökm çıxarıldı

  • Dünya
  • 9 Yanvar 2015 14:29
  • 384 Baxış
Ceki Çanın oğluna hökm çıxarıldı

Kinoaktyor Ceki Çanın oğlu narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq yarım il azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 32 yaşlı Ceysi Çan azadlıqdan məhrum olunmaqla yanaşı, 2 min yuan (320 dollar) cərimə ödəməli olacaq.

Verilən xəbərə görə, Çan məhkəmədə günahını boynuna alıb. Məhkəmə prosesi 1 saat 22 dəqiqə davam edib, sonda hökm çıxarılıb.

Qeyd edək ki, Pekin polisi 2014-cü ilin avqust ayında Ceysi Çanı və onun dostunu yaxalayıb. Tibbi baxış zamanı məşhur aktyorun oğlunun üstündə marixuana aşkar edilib. Bundan sonra onun evində axtarış keçirilib və orada 100 qram narkotik maddə tapılıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR