• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qərb kəşfiyyatı: “Terrora hazırlaşın” - SOS

  • Dünya
  • 9 Yanvar 2015 14:34
  • 741 Baxış
Qərb kəşfiyyatı: “Terrora hazırlaşın” - SOS

Suriya terrorçuları Qərbə qarşı genişmiqyaslı terror aktları hazırlayırlar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin müdiri Endrü Parker deyib.

Endrü Parkerin sözlərinə görə, Suriyada hazırda Böyük Britaniyanın ən azı 600 vətəndaşı vuruşur və onlar ölkənin təhlükəsizliyi üçün potensial təhlükə təşkil edirlər. “İslam Dövləti” (İŞİD) haqqında danışan Mİ5 rəsmisi qeyd edib ki, ekstremist qruplaşma orta əsr ideologiyasına tərəfdar olsa da, hədəflərinə çatmaq üçün müasir texnologiyalardan, xüsusilə sosial şəbəkələr və kommunikasiya vasitələrindən istifadə edir.

“The Guardian” qəzetinin yazdığına görə, Endrü Parker terror təhlükəsi ilə mübarizə üçün hökumətdən xüsusi xidmət orqanlarının səlahiyyətlərinin genişlənildirilməsi barədə xahiş edib. MI5 başçısı terror aktları ehtimalının artdığını, amma xüsusi xidmət orqanlarının terrorçuların danışıqlarını izləmək imkanlarına malik olmadığını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR