“Terror aktı Rusiyaya göstərilən yumşaqlığın qisası idi” - İDDİA
Bizi izləyin

Dünya

“Terror aktı Rusiyaya göstərilən yumşaqlığın qisası idi” - İDDİA

“Parisdə “Charlie Hebdo” satirik jurnalın redaksiyasına hücum Fransa prezidenti Fransua Ollandın İsraili sevməməsi və Rusiyaya göstərdiyi yumşaqlığın qisası idi”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri politoloq, fəlsəfə elmləri doktoru Əli Vyaçeslav Polosin deyib.

Jurnalın redaksiyasına hücum edənlərin “Əl-Qaidə” üzvləri olduğu barədə iddialara toxunan politoloq bildirib ki, qruplaşmanın döyüşçüləri belə bir üslubda hərəkət etmirlər. O, Polisin hadisənin arxasında müsəlmanların dayanması barədə versiyasını istisna edir. Ekspertin fikrincə, Parisdəki terror aktı Ollandın mövqelərinə zərbə vurmaq üçün ilk növbədə İsrail üçün əlverişlidir: “İsrail suveren Fələstin dövlətinin yaradılması məsələsinə lobbiçilik edən Fransanın hərəkətlərindən son dərəcə narazı idi. Olland Fələstin dövlətinin yaradılması məsələsində Avropada əsas təşəbbüskar idi. Bu məsələ BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılsa da, ABŞ tərəfindən veto ilə qarşılandı”.

Ekspert həmçinin güman edir ki, terror aktı müəyyən güclərin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi ehtiyacını dilə gətirən Fransa prezidentindən qisası ola bilər: “Fransa prezidenti Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi ehtiyacını dilə gətirib. Onun Rusiya barəsində bu yumşaqlığı kimlərinsə xoşuna gəlməyib”.

Əli Vyaçeslav Polosin əlavə edib ki, hadisə ilə bağlı müxtəlif versiyaların səsləndirilməsinə baxmayaraq, baş verənlərin müsəlmanlara qarşı olduğu birmənalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm