• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səudiyyəli bloggerə 1000 qamçı - hər həftəyə 50-si

  • Dünya
  • 9 Yanvar 2015 17:36
  • 366 Baxış
Səudiyyəli bloggerə 1000 qamçı - hər həftəyə 50-si

Səudiyyə Ərəbistanında blogger Raifa Badavi ilə bağlı qəbul olunan məhkəmə hökmünün icrasına başlanılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Hərbi-Hava Qüvvələrindən bildirilib.

2012-ci ildə həbs edilmiş Raifa Badavi öz bloqunda din məsələlərini müzakirə edib, həmçinin ölkənin ən yüksək rütbəli ruhaniləri tənqid atəşinə tutub. Blogger saytında siyasi fəalları azad etməyə çağırırıb. O həmçinin kafirlikdə ittiham olunub. Lakin sonradan bu ittiham geri çəkilib.

Bloggerə hər həftə 50 qamçı zərbəsi vurulacaq. O, məhkəmə tərəfindən 10 il azadlıqdan məhrum etmə və 1000 qamçı zərbəsi ilə cəzalandırıb. Qamçı zərbələri və 10 illik həbsxana cəzasından başqa, Raif Badavi bir milyon Səudiyyə rialı (təxminən 266 min dollar) məbləğində cəriməni ödəməlidir. Raifu Badavi barəsində hökm hələ 2014-cü ilin mayında çıxarılıb. Badavi fəaliyyəti qadağan edilən “Liberal Səudiyyə şəbəkəsi (Liberal Saudi Network) veb-saytın yaradıcısıdır.

Badavinin həbsindən sonra onun saytının fəaliyyəti dayandırılıb və saytın avadanlıqları götürülüb. Həbsindən bir il sonra məhkəmə onun barəsində 600 qamçı vurulması və yeddi il azadlıqdan məhrum edilməsi cəzası çıxarıb. Lakin ittihamçı tərəf şikayət edərək cəzanın yüngül olduğunu bildirib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Badavi barəsində məhkəmə hökmünü pisləyib. ABŞ Səudiyyə Ərəbistanından onu əfv edilməsini istəyib. Sonuncu olaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Səudiyyə hakimiyyətini “amansız cəzasını ləğv etməyə” və işə yenidən baxmağa çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR