Separatçıların lideri Putini ifşa etdi: “Rusiya müharibə edir” – VİDEO
Bizi izləyin

Dünya

Separatçıların lideri Putini ifşa etdi: “Rusiya müharibə edir” – VİDEO

Donbas separatçılarının keçmiş lideri, Rusiya vətəndaşı İqor Strelkov (Qirkin) Rusiyanı “başını qumda gizlətməməyə” çağırıb.

Publika.az-ın verdiyi xəbərə görə, İqor Strelkov “Anna-News” telekanalına müsahibəsində Putinin Rusiyanın Ukraynada döyüşdüyünü etiraf etməli olduğunu bildirib.

“Biz artıq vuruşuruq. Başı hələ də qumun altında gizlətmək olar, amma ölkədən könüllülər yola düşürlər, onlar vuruşurlar, silah və döyüş sursatları alırlar. Bu, artıq vuruşan ölkədir”, - Strelkov deyib.

“Amma vuruşmağımız çox qəribədir. Biz rəqibə kömür və elektrik çatdırırıq", - deyə separatçılarının keçmiş lideri əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm