Dünya
Türkiyədə yeni təbii qaz yatağı aşkarlandı
Türkiyənin Trakiya bölgəsində fəaliyyət göstərən Kanadanın “Marsa Energy” şirkəti Çanaqqalanın Gelibolu ərazisində yeni təbii qaz ehtiyatlarının olduğunu açıqlayıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şirkət tərəfindən yeni kəşf edilən təbii qaz ehtiyatının 600 milyon kubmetr olduğu ehtimal edilir.
Kəşf olunan ərazidə indiki vaxt üçün dəqiq qaz ehtiyatının 277 milyon kubmetr olduğu bildirilirdi. Kəşf edilən sahədəki təbii qazın 2016-ci ilin ilk rübündə dövriyyəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyənin dünya bazarı üçün istehsalı nəzərdə tutulan təbii qaz ehtiyatı hazırda 6,8 milyard kubmetr təşkil edir. Hazırda Türkiyədə 29 yerli, 17 xarici olmaqla, ümumilikdə 46 neft-qaz şirkəti fəaliyyət göstərir.
Vasif Həsənli
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT