Parisdə girovları saxlayan terrorçu tələbini açıqladı
Bizi izləyin

Dünya

Parisdə girovları saxlayan terrorçu tələbini açıqladı

Parisin şərqində ən azı beş nəfəri girov saxlayan silahlı tələbini irəli sürüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli sayılan Səid və Şərif Kuaşi qardaşlarının azad edilməsini tələb edib.

Qeyd edək ki, silahlı şəxs bu gün Parisin 20-ci dairəsində yerləşən mağazada insanları girov götürüb. Onun polislə atışması zamanı iki nəfər həlak olub. Polisin məlumatına görə, cinayətkar dünən Monruj şəhərində polisin əməkdaşını öldürən 32 yaşlı Amedi Kulibalidir.

Eyni zamanda, Parisin şəhərətrafında “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli hesab olunan Səid və Şərif Kuaşi qardaşlarının gizləndiyi bina mühasirədə saxlanılır. Bəzi məlumatlara görə, onların əlində bir neçə girov var. Lakin onların dəqiq sayı məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm