Xodorkovski Kadırovun cavabını verdi
Bizi izləyin

Dünya

Xodorkovski Kadırovun cavabını verdi

YUKOS şirkətinin sabiq rəhbəri onu “bütün müsəlmanların düşməni” və “şəxsi düşməni” elan edən Ramzan Kadırovun ittihamına cavab verib.

“Mən Vladimir Putinin sadiq tərəfdarının hədəsini eşitdim və nəzərə aldım. Mahiyyətinə görə onun ötən gün Parisdə baş verən terrorçuluq aktından heç bir fərqi yoxdur: onun məqsədi – qorxutmaq, səsindən məhrum etmək, sözün qarşısını almaqdır. Lakin mən dünən demişəm və bu gün təkrar edirəm: bizi qorxutmaq mümkün deyil. Biz müasir cəmiyyətin təməl dəyəri olan söz azadlığını müdafiə edəcəyik”, - Mixail Xodorkovski öz bloqunda bildirib.

Qeyd edək ki, Çeçenistan lideri mühacirətdə yaşayan sahibkarı Parisdə Charlie Hebdo satirik jurnalına hücumdan sonra jurnalistləri Məhəmməd peyğəmbərin karikaturalarını çəkmək barədə çağırışına görə tənqid edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm