• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hizbullah Parisdəki terrorla bağlı bəyanat yaydı

  • Dünya
  • 10 Yanvar 2015 02:47
  • 442 Baxış
Hizbullah Parisdəki terrorla bağlı bəyanat yaydı

“Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrullah İŞİD terror təşkilatı ilə bağlı sərt çıxış edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nəsrullah Beyrutda video konfrans vasitəsilə translyasiya edilən çıxışında İŞİD-in günahsız insanların başını kəsməklə islamı fransız karikaturaçılarından daha çox təhqir etdiyini bildirib.

Məhəmmədi tarix boyunca kimsə bu qədər aşağılamamışdı. Hücumu reallaşdıranlar, Allahın peyğəmbərinə, kitab yazıb alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər. Bu dövrdə, bəzi terrorist qruplar, İslam bayrağı və Peyğəmbərin adı altında öz iyrənc, dəhşət verici və insanlıq xarici əməllərini reallaşdırırlar. İslam dini və Peyğəmbərinə, Peyğəmbər düşmənlərindən daha ağır təhqir edirlər.

Bu təcavüzkarların, Allahın Rəsulu Həzrəti Məhəmmədi təmsil etdiyini söyləyə bilərikmi? Zalim və vəhşicə cinayətlər işləyən, İraqdan Yəmənə, Əfqanıstana geniş coğrafiyalara yayılan bu terrorçular, indi də özlərini bizə göndərən qərb ölkələrinə qayıtdılar. Bunun belə olması çaşdırıcı deyil. Müsəlmanlar olaraq hamımız, Peyğəmbərin həyatını, əxlaqi dəyərlərini bütün dünyaya izah etməklə mükəlləfik. Bir digər mükəlləfiyyətimiz isə bu təkfirçilərə qarşı İslam aləmi ilə həmrəylik içində olub, onları təcrid etmək, əhatə və aradan qaldırılması üçün səy göstərməkdir. Bu terrorist qruplar, ölkələrimizdə, qanımıza, bu günümüzə, gələcəyimizə, qürur və inancımıza təhdid meydana gətirirdi. İndi də İslamın özünə, Quran və Peyğəmbərə təhdid meydana gətirir. İslama və Hz. Məhəmmədin mesajına ən böyük təhdidi bunlar meydana gətirir".

“Hizbullah” lideri bütün islam dünyasını islan dini üçün təhlükəli olan terrorçulara qarşı birləşməyə çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR