Kadırov Peyğəmbərlə bağlı radioya xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Kadırov Peyğəmbərlə bağlı radioya xəbərdarlıq etdi

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktova xəbərdarlıq edib.

Publika.az-ın verdiyi xəbərə görə, Kadırov “Exo Moskvı” radiostansiyasının Məhəmməd peyğəmbərlə bağlı keçirdiyi sorğunu “fitnəkar” adlandırıb.

Qeyd edək ki, radiostansiya “Məhəmməd peyğəmbərin karikaturaları çəkmək lazımdırmı?” sualının qoyulduğu bir sorğu keçirib. Çeçenistan Respublikasının prezidenti “Instagram” hesabında sualın quruluşunun fitnəkar olduğunu bildirib: “Bu sorğu Rusiyanın və bütün dünyanın müsəlmanlarını təhqir etmək cəhdidir və xalqlar arasında düşmənçilik yayır”.

Kadırovun sözlərinə görə, Venediktov “Exo Moskvı” radiostansiyasını çoxdan anti-islam tribunasına çevirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm