“Putinin başqa variantları qalmayacaq” – Proqnoz
Bizi izləyin

Dünya

“Putinin başqa variantları qalmayacaq” – Proqnoz

“Böhran və Qərbin sanksiyaları Rusiyanı bir sıra radikal iqtisadi tədbirlər görməyə məcbur edəcək. Uzunmüddətli perspektivdə Rusiyanın başqa siyasi yola dönməsi də mümkündür”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə siyasi müşahidəçi Riçard Sekva “The Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.

“Rusiyada oliqarxlar sinfi kapitalın hərəkətinə nəzarət olunmasına qəti şəkildə qarşı çıxır. Amma hökumətin tezliklə başqa variantlarının da qalmayacağı istisna edilmir. Valyuta mübadiləsi üzərində nəzarət biznesmenlərin imkanlarını xeyli daraldacaq. Beləliklə, kapitala nəzarət Putin rejimi üçün oyun qaydalarını əsaslı şəkildə dəyişdirəcək”, - məqalədə deyilir.

Eyni zamanda Putinin gözlənilməz və aldadıcı demarşların ustası olduğunu bildirən siyasi müşahidəçi hesab edir ki, böhranın gedişatında Rusiya lideri atdığı addımlarla Qərbi təəccübləndirə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm