Merkel: Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər
Bizi izləyin

Dünya

Merkel: Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər

Avropa Birliyinin Rusiyaya Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə tətbiq etdiyi sanksiyalar Moskva 4 ay əvvəl əldə edilmiş razılığa əməl etdiyi təqdirdə ləğv edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib.

"Yeganə problem odur ki, keçən ilin sentyabrında Minsk razılığı əldə olunsa da, təəssüf ki, razılığın əsas prinsipinə əməl olunmur. Biz bəzi inkişaflar müşahidə etmişik, xüsusilə də, atəşkəs davam edir. Ancaq atəşkəs çox kövrəkdir, ona görə də Minsk razılığına tam tətbiq olunmaqla hörmət edilməlidir" - Angela Merkel bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm