Şimali Koreya cənubun təklifini rədd etdi
Bizi izləyin

Dünya

Şimali Koreya cənubun təklifini rədd etdi

Şimali Koreya Cənubi Koreya parlamentinin dalana dirənmiş danışıqların bərpasına çağıran qətnaməni rədd edib.

Publika.az-ın məlumatına görə, bu barədə Cənubi Koreya Unifikasiya Nazirliyinin sözçüsü açıqlama verib. Onun sözlərinə görə, Pxenyan rədd cavabına heç bir əsas göstərməyib.

Cənubi Koreya Milli Şurası ötən il dekabrın sonlarında qətnamə qəbul edərək iki koreyalının unifikasiyasına hazırlığa və gərginliyi azaltmaq üçün tərəflər arasında danışıqlara çağırmışdı. Rəsmi Seul habelə Koreyalararası danışıqların bu ay keçirilməsini təklif etsə də, Pxenyan bu təklifə hələlik cavab verməyib.

Şimali Koreya lideri Yeni il münasibətilə xalqa müraciətində Kim Conq Un bildirib ki, o, Cənubla zirvə görüşü keçirilməsinə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm