“Nüvə müharibəsi olacaq” – Qorbaçovdan qorxulu PROQNOZ
Bizi izləyin

Dünya

“Nüvə müharibəsi olacaq” – Qorbaçovdan qorxulu PROQNOZ

“Ukrayna böhranı səbəbi ilə Rusiya və Avropa dövlətləri arasındakı münasibətlərdə yaranan gərginlik böyük münaqişəyə, hətta nüvə müharibəsinə gətirib çıxara bilər”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

“Bu cür münasibətlər mütləq nüvə müharibəsinə gətirib çıxaracaq. Əgər kimsə hazırda yaranmış son dərəcə gərgin vəziyyətdə özünü saxlaya bilməsə, biz növbəti illərə keçməyə bilərik... Mən son dərəcə narahatam”, - keçmiş prezident deyib.

Qorbaçovun fikrincə, yeni Almaniya hər yerdə işə qarışmaq istəyir: “Almaniyada çox insan var. Görünür, onlar Avropada yeni diviziyanın yaradılmasına kömək etmək istəyirlər".

Mixail Qorbaçov bundan əvvəl də Rusiya və Qərb arasındakı mövcud gərginlikdən danışıb. O, tərəfləri münasibətlərdəki “donu açmağa” çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm