Ebolaya qarşı iki peyvəndin istifadəsinə icazə verildi
Bizi izləyin

Dünya

Ebolaya qarşı iki peyvəndin istifadəsinə icazə verildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusuna qarşı hazırlanan peyvəndlərdən ikisinin istifadəsinə icazə verib. Yaxın zamanda peyvəndlərdən istifadəyə başlanacağı bildirilir.

Publika.az-ın məlumatına görə, ÜST-ı rəsmiləri xüsusən Qərbi Afrika ölkələrində epidemiya şəklini alan xəstəliyin qarşısını almaq üçün sınaq mərhələsində olan peyvəndlər barədə məlumat veriblər.

Məlumatda bildirilib ki, həmin peyvəndlər Liberiyada yanvar ayının sonu, Sierra Lionada və Qvineyada fevral ayının ortalarında istifadə edilməyə başlanılacaq.

Qeyd edək ki, bu vaxta qədər Qərbi Afrika ölkələrində 20 min 972 nəfərdə ebola virusu aşkarlanıb, 8259 nəfər isə ölüb. Xəstəliyin ən çox aşkarlandığı Sierra Lionada 2977 nəfər ölüb. Liberiyada 3496, Qvineyada 786 nəfər bu xəstəlikdən ölüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm