• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran prezidenti Paris terrorunu pislədi

  • Dünya
  • 10 Yanvar 2015 15:30
  • 432 Baxış
İran prezidenti Paris terrorunu pislədi

İran prezidenti Həsən Ruhani Fransada törədilən son terror aktlarını pisləyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə prezidentin saytında dərc edilmiş bəyanatda deyilir.

Dövlət başçısı islamın sülh dini olduğunu bildirib və qeyd edib ki, harada baş verməsindən asılı olmayaraq, İran terrorun bütün formalarını pisləyir. Həsən Ruhani radikallar tərəfindən törədilən terror aktlarının nifrətə və islamofobiyaya gətirib çıxardığını vurğulayıb.

Onun sözlərinə görə, Məhəmməd peyğəmbər ədalətin tərəfdarı olub və insanları bağışlamağa çağırıb.

Bundan əvvəl isə İranın Xarici İşlər Nazirliyi “Charlie Ebdo” satirik jurnalına hücumu pisləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR