Kitab oxu, jaket toxu, azad ol - məhkumlara qəribə təklif
Bizi izləyin

Dünya

Kitab oxu, jaket toxu, azad ol - məhkumlara qəribə təklif

Braziliyada məhkumların cəzasını azaltmaq üçün yeni təkliflər hazırlayıblar.

Publika.az-ın məlumatına görə, məsələn, kitab oxuyan və ya əllə jaket hörə bilən məhkumlar bununla cəzalarını azalda bilərlər.

Braziliya həbsxanalarından birində tətbiq edilən bu qərar müzakirələrə səbəb olur. Məhkumlar sifariş edilən jaketləri toxuyub bitirməyə çalışırlar. Təklifi bir qadın irəli sürüb. O, xarici şirkətdən əldə hörülmüş jaket sifarişi alıb. Sifarişi vaxtında yerinə yetirə bilməyəcəyini görən qadın belə bir təkliflə həbsxana rəhbərliyinə müraciət edib.

4 ildir başlanan layihədə məhkumlar həm pul qazanır, həm də cəzaları azalır. Bu işin qarşılığında onlara minimum əmək haqqının ¾-ü qədər pul verilir. Bu pulun ¼-i məhkumların hesabına toplanır və onlar həbsdən çıxanda verilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm