• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qısamüddətli qələbə” faktoru, yaxud Paris terrorunda Ollandın payı - VERSİYA

  • Dünya
  • 10 Yanvar 2015 17:46
  • 609 Baxış
“Qısamüddətli qələbə” faktoru, yaxud Paris terrorunda Ollandın payı - VERSİYA

Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücum, ardınca Paris başda olmaqla ölkənin bir neçə şəhərində insanların girov götürülməsi yaşanan hadisələrlə bağlı saysız-hesabsız versiyaları da özü ilə gətirdi. Onların bəzilərini yada salaq.

Satirik jurnalının redaksiyasına edilən hücumdan dərhal sonra ortaya belə bir iddia atıldı ki, terror aktı Parisin özü tərəfindən təşkil olunub. Qeyd olundu ki, redaksiyadan çıxarılan meyitlərin başlarında yazılan rəqəmlər (bunun adətən meyitxanalarda edildiyi və cəsədlərin Parisin hansısa meyitxanasından gətirildiyi iddia olundu – Ö.D.), prezident Fransua Ollandın hadisədən dərhal sonra oraya gəlməsi, təxminən 25 nəfər yaralının olduğu hadisə yerinə cəmi iki tibbi yardım avtomobilin göndərilməsi hücumun sadəcə bir tamaşa olduğunu göstərir. Rəsmi Parisin isə terror aktının baş verməsində niyə maraqlı olduğunu ötən yazılarımızın birində göstərməyə çalışdıq. Versiyalarımız ondan ibarət idi ki, Fransa Qərbin geosiyasi maraqlarının həyata keçirilməsinə yardım etmək üçün vətəndaşlarının ölümünə razı olub.

Qərbin geosiyasi maraqlarına gəlincə, birincisi, terror aktı islamofobiyanın “köhnə qitə”də daha da artmasına təkan verəcək. Təbii ki, bu, siyasətini daim anti-islam bəyanatları üzərində quran avropalı siyasətçilərinin dilini daha uzun edəcək və müsəlmanlara qarşı yeni hücum başlanılması üçün onlara əlavə güc verəcək. Bir sözlə, “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücum “köhnə qitə”də müsəlmanlara qarşı elan edilməmiş müharibənin yeni dalğasını yaradacaq. Hər halda, xristian dünyasının müsəlmanlara qarşı səfərbərliyini təşkil etmək üçün Parisdəki terror aktından daha yaxşısını tapmaq çətin olardı. İkincisi, Fransa da içində olmaqla Qərbin Yaxın Şərqlə bağlı yarımçıq qalan planları var. Fransa prezidenti Fransua Ollandın bir neçə gün bundan əvvəl “Suriyaya 2013-cü ildə kimyəvi silah istifadə edilərkən müdaxilə etmədiyimiz üçün peşmanam” deməsi də bu planlardan xəbər verir. “Əl-Qaidə” və İŞİD isə hazırkı məqamda sözügedən planların icrası üçün ən təsirli alətlər rolunu oynaya bilər. Yeri gəlmişkən, Parisdəki terror aktında şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşları öldürülməzdən əvvəl BFM TV kanalı ilə danışaraq tapşırığı “Əl-Qaidə”nin Yəmən qolundan , Parisdə mağazada girovlarınn azad edilməsi əməliyyatı zamanı öldürülən Amedi Kulibali isə əmrləri İŞİD terror qruplaşmasından aldığını bildirib.

Versiyalardan biri budur ki, Parisdəki terror aktını İsrailin kəşfiyyat təşkilatı “Mossad” tərəfindən həyata keçirilib. Bu iddianı isə “Free Gaza” hərəkatının sözçüsü Qreta Berlin irəli sürüb. O, qeyd edir ki, terror aktı “Mossad” təşkilatının bir müddət əvvəl Fələstinlə Fransa arasında imzalanmış sazişinə cavabıdır. Qeyd edək ki, analoji bəyanat Rusiyadan da verilib. Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov “IslamNews” saytında dərc edilən şərhində terror aktının arxasında İsrail və ABŞ-ın dayandığını bildirib.

Təbii ki, yuxarıda səsləndirilən versiyaların hamısı Fransanın da daxil olduğu Qərbin geosiyasi maraqları, yaxud da Fransanın hazırkı hakimiyyətinin davranışları ilə razılaşmayan xarici qüvvələrlə bağlıdır. Amma nədənsə Fransua Olland faktoru yaddan çıxarılır. Ollandın bir dövlət rəhbəri olaraq xarici siyasətlə bağlı özünəməxsus fikirləri var. Amma ölkə daxilində qələbə qazanmadan xarici siyasətdəki iddiaları həyata keçirmək mümkün deyil. Söhbət ondan gedir ki, qarşıdan prezident seçkiləri gəlir və Ollandın reytinqi Fransa prezidentləri tarixində ən aşağı reytinqdir. Belə olan halda, Olland nədən terror aktı və ölkənin bir neçə şəhərində “girov əməliyyatı” keçirməklə ölkə daxilində mövqeyini gücləndirməsin?

Növbəti prezident seçkiləri 2017-ci ildə keçiriləcək. Hazırkı nəticələrə görə isə radikal sağçı "Milli Cəbhə" Partiyası Ollandın təmsil olunduğu Sosialistlər Partiyasını reytinq sorğularında xeyli qabaqlayır. Son sorğulara görə, Marine Le Penin rəhbərlik etdiyi partiyanı əhalinin 40 faizindən çoxu dəstəkləyir. Ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyir. Bu, Fransa tarixində ən aşağı göstəricidir. Deməli, böyük ehtimalla 2017-ci ildə Versal sarayında yeni simanı görəcəyik. Amma son qanlı hadisələr Ollanda xilas edə bilər.

Daha beş il hakimiyyətdə qalmaq üçün vətəndaşlarını qurban vermək dəhşətli taktika olsa da, hər halda müxtəlif ölkələrdə dəfələrlə sınaqdan keçirilmiş və əksər hallarda uğurlu nəticələr gətirən taktikadır. Hazırkı vəziyyətdə "Milli Cəbhə"nin artan reytinqinin qarşısını almaq o qədər də asan deyil. İqtisadi problemlər fransızlar üçün o qədər də aktual deyil. Seçicilərin əksər hissəsinin yaralı yeri olan müsəlmanlar və miqrant məsələləri isə seçkilərdə daha çox "Milli Cəbhə"yə səs gətirəcəyi gözlənilir. “Əl-Qaidə” və İŞİD timsalında daha qorxulu təhlükənin fransızlara sırınması Ollandın əlinə işləyə bilər.

Təsadüfi deyil ki, rusiyalı ekspertlər ciddi iqtisadi böhranla üz-üzə olan Rusiya prezidenti Putinin xalqı “xoşbəxt” etmək üçün Ukraynaya qarşı yeni müharibəyə başlayacağını istisna etmirlər. Kreml hazırkı iqtisadi vəziyyətə görə, birmənalı şəkildə Qərbi ittiham edir və bildirir ki, sanksiyalar Krımın ilhaqı və Donbasdakı separatçıların dəstəklənməsi ilə bağlı deyil, məhz Qərbin “ayını zəncirləmək, onun dırnaqlarını qopartmaq” istəyi ilə bağlıdır. Bir az əvvələ qayıdaq. İkinci Çeçenistan Müharibəsi başlamamaşdan əvvəl Moskvada yaşayış binalarındakı partlayışlar insanların ölümü ilə nəticələndi. Partlayışda çeçenlər ittiham olundu və İkinci Çeçenistan Müharibəsinə başlanıldı. Eyni taktikadan erməni rejimi də tez-tez istifadə edir. Tez-tez qoşunların təmas xəttindən hərbçilərin cəsədlərini aparmaq hesabına olsa belə, təxribatlar təşkil edilir və “ümumi düşmən” obrazı ac ermənilərı sırınır.

“Ümumi düşmən” – İŞİD və “Əl-Qaidə” fransız xalqını öz ətrafında birləşdirmək və daha 5 il hakimiyyətdə qalmaq üçün Ollandın işinə yaraya bilər. Amma bu nə qədər uğurlu olacaq, məlum deyil. Olland “qısamüddətli qələbə” faktoru üzərində “Milli Cəbhə”nin tərəfdarlarının bir hissəsini öz ətrafına çəkə də, öz tərəfdarlarını itirə də bilər. Hər halda bəzən böyük qələbələri böyük risklər edən şəxslər qazanır.

Sonda qeyd edək ki, Fransa 20 (öldürülən terrorçuların üçü də Fransa vətəndaşıdır) vətəndaşını itirib. Siyasi hədəflər üçün çox da böyük itki deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR