“Allah yolunda ölməyə gedirəm” – 20 yaşlı gənc İŞİD-ə qoşulmaq üçü evi tərk etdi
Bizi izləyin

Dünya

“Allah yolunda ölməyə gedirəm” – 20 yaşlı gənc İŞİD-ə qoşulmaq üçü evi tərk etdi

20 yaşlı gənc “Allah yolunda ölməyə gedirəm” sözlərinin yazılan məktubu otağına qoyaraq, İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib.


Publika.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərinin Mərkəz Çukurova qəsəbəsində qeydə alınıb.


Abdullah Safi adlı gəncin 20 yaş var. O, liseyi bitirdikdən sonra Əskişəhər Anadolu Universitetinin Açıq Tədris Fakültəsi İlahiyyat bölümünə daxil olub.

Yanvarın 5-də ailəsinə məktub yazaraq evi tərk edib. Səhər oğlunu otağında tapmayan atası Ahmet Safi məktubu görüb. Məktubda “Allah yolunda ölməyə gedirəm” yazılıb. Abdullah məktubunda cihadın müsbət tərəflərindən də bəhs edib.

Ata oğlu haqda polisə məlumat verib. Aparılan araşdırmalarda həmin gecə onunla birlikdə üç dostunun da evi tərk etdiyi ortaya çıxıb. 20 yaşlı Abdullahın İŞİD-ə qoşulduğu ehtimal olunur.


“O mənim göz bəbəyimdir. Bu günə qədər onun rahat yaşaması üçün əlimdən gələni etdim. Bir ilə yaxındır ki, özünü dinə həsr etdi. Lakin radikallığı yox idi. Namazlarını qılar, ibadətini edərdi. 6 ay öncə saqqal uzatmağa başladı. Getməmişdən 2-3 gün öncə saqqalını da kəsmişdi. Məktubundan İŞİD-ə qoşulmaq üçün getdiyini anladım”, - deyə ata Ahmet bildirib.

Abdullahın anası Yıldız Safi isə oğlundan sonra yatağa düşüb. O, “Bizə bu pisliyi etmə, nə olar, evinə qayıt. Əgər qayıtmasan, mən ölərəm, sən də gəlib mənim cənazəmi yuyarsan. Bizi sənsiz buraxma”, - deyə oğluna səslənib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm