Dünya
Təyyarə qəzaları: 986 ölü
Airlineratings.com saytı 2014-cü ilin aviasiya qəzalarının statistikasını yayıb.
Publika.az-ın “AzərTAc”a istinadən xəbərinə görə, ötən il aviasiya
sektoru üçün olduqca çətin keçib. Xüsusilə “Malayziya Hava
Yolları”na aid təyyarələrin uğradığı qəzalar və ötən günlərdə
“AirAsia”nın təyyarəsinin düşməsi 2014-cü ili kabusa çevirib.
2014-cü ildə 3,3 milyard sərnişin daşınıb və 27 milyon uçuş
reallaşdırılıb. 21 ölümlə nəticələnən təyyarə qəzalarında 986 nəfər
həlak olub.
Sayt, eyni zamanda, 449 aviaşirkət arasında 10 ən təhlükəsiz
aviaşirkəti də müəyyənləşdirib. Beləliklə “Air New Zeland”,
“Sinqapur”, “Finnair”, “British Airways”, “Cathay Pacific”,
“Emirates”, “Etihad”, “Eva Air”, “Lufthansa” və “Qantas” dünyanın
ən etibarlı ilk 10 hava yolu şirkəti seçilib. Siyahıda yer alan
“Qantas” ölümlə nəticələnən son qəzasını 1951-ci ildə yaşayarkən,
“Finnair” və “Cathay” 55, “British Airways” isə 40 ildir insan
itkisi qeydə alınmayan uçuşlar həyata keçiriblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!