Fransa səksəkədə: Polis sinaqoqu mühasirəyə aldı -FOTO
Bizi izləyin

Dünya

Fransa səksəkədə: Polis sinaqoqu mühasirəyə aldı -FOTO

Fransız polisi paytaxt Parisdə bir sinaqoqun olduğu küçəni mühasirəyə aldı.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Parisin 19-cu bölgəsindəki sinaqoqun olduğu ərazidə avtomobillər və piyadalarının hərəkəti məhdudlaşdırılıb.

Fransız mətbuatı hadisə sahidlərinin ifadələrinə istinad edərək sinaqoqun qarşısındakı küçədə bir neçə dəfə silah səsinin eşidildiyini və sinaqoq yaxınlığında bir girov götürüldüyünün ehtimal olunduğunu xəbər verib.

Polis təxminən 200 nəfəri sinaqoqdan çıxarıb. Məlumata görə, polis qrupları hazırda sinaqoqun qarşısında dayanıb.

Bu gün səhər saatlarında isə Parisdə yerləşən əyləncə və istirahət mərkəzi Disneylənd-ə bomqa qoyulması barədə polisə məlumat daxil olmuşdu. Yoxlamalardan sonra məlumat öz təsdiqini tapmamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm