Dünya
Əsədin nüvə mərkəzi aşkarlandı
Suriyada Bəşər Əsəd rejimi Livan sərhədinə yaxın gizli bir ərazidə nüvə mərkəzi qurub.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.
Jurnalın mövzu ilə bağlı xəbərində atom bombası istehsal olunduğu iddia edilən mərkəzin peykdən çəkilən fotoşəkilini dərc edib. Sözügedən gizli ərazi isə Livan sərhədindəki Əl-Kuseyr şəhəri yaxınlığındakı dağlıq bir sahədir. Alman nəşri nüvə mərkəzinin Şimali Koreya və İranın nüvə texnologiyası mütəxəssislərinin də tanış olduğu “Zəmzəm” layihəsinə aid olduğunu iddia edib.
Qeyd edək ki, Suriya İran və Pakistandan fərqli olaraq nüvə silahının yayılmasının qarşısının alınmasını nəzərdə tutan razılaşmanı imzalayıb və nüvə texnologiyalarından istifadə edərək nüvə silahı istehsal etməyəcəyini barədə öhdəlik götürüb.
Alman jurnalı həmçinin 5 sentyabr 2007-ci ildə İsrail təyyarələrinin Suriyanın şimal-şərqindəki Əl-Kibar nüvə obyektini bombaladığını xatırladıb. “Der Spiegel” qeyd edib ki, obyektdəki nüvə mərkəzində atom bombasının istehsal edilməsi nəzərdə tutulduğu iddia olunurdu.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!