• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Boinq-777”ni “təyyarələrin qatili” ilə Rusiya vurub – Araşdırma

  • Dünya
  • 11 Yanvar 2015 06:16
  • 624 Baxış
“Boinq-777”ni “təyyarələrin qatili” ilə Rusiya vurub – Araşdırma

Malaziya hava yollarına məxsus “Boinq-777” sərnişin təyyarəsi Kurskdan gətirilən “BUK-M1” özüyeriyən zenit- raket kompleksi ilə Rusiya tərəfindən vurulub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə CORRECT jurnalist araşdırmalar mərkəzinin apardığı araşdırmada deyilir.

Jurnalistlərin məlumatına görə, “Boinq-777”ni atəşə tutan “BUK-M1” özüyeriyən zenit- raket kompleksi Ukrayna ərazisində vuruşan Rusiya tank diviziyalarının müdafiəsi məqsədi ilə 53-cü zenit-raket briqadası tərəfindən çatdırılıb. Araşdırmada bildirilir ki, sərnişin təyyarəsinin raketlə vurulduğuna heç bir şübhə yoxdur və bu raket Rusiya tərəfinin iddia etdiyi kimi Ukraynanın hərbi təyyarəsindən deyil, yerdən buraxılıb.

“Əgər söhbət zenit-raket kompleksindən gedirsə, bu yalnız təyyarələrin qatili, SSRİ-də hazırlanan “BUK M1” ola bilər. Yüksək mobil kompleks son dəqiqliklə hündürlükdə uçan təyyarələri vura bilər. Raketlər səsdən üç dəfə sürətlə 15 kilometr hündürlükdə uçan qurbanına çatmağa qadirdir. Eyni zamanda “BUK M1” radarı təyyarənin döyüş, yaxud sərnişin təyyarəsi olduğunu müəyyənləşdirə bilir”, - araşdırmada deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR