Dünya
Fitch: Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır
Fitch reytinq agentliyi Rusiyanın reytinqini "BBB" səviyyəsindən "BBB -" səviyyəsinədək endirib. Bu isə ən aşağı investisiya reytinqidir.
Publika.az xəbər verir ki, agentliyin qərarı neft qiymətlərinin enməsi və rublun dəyərinin düşməsi ilə bağlıdır. Fitch həmçinin Qərbin sanksiyalarının mənfi təsirini də qeyd edib. Sanksiyalara görə Rusiya bankları və dövlət şirkətləri xarici kapital cəlb edə bilmir.
Ölkənin reytinqi daha bir pillə azaldılsa Rusiya Fitch-in "zibil" ("junk") kimi tanınan qeyri-investisiya reytinq zonasına keçəcək. İqtisadi ekspertlərin təbirincə Rusiyadakı iqtisadi böhrana görə ölkə bu yaxınlarda üç əsas beynəlxalq reytinq agentliyinin bu zonasına keçə bilər.
Rusiyanın Standard & Poor's agentliyi ilə reytinqi həmçinin "BBB -"dir. Moody's isə hələ ki daha yüksək "Baa2" reytinqini saxlayır.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu