Dünya
Hamburqda Peyğəmbərin karikaturasını çap etmiş qəzetin ofisi yandırıldı
Hamburqda ötən gecə Hamburger Morgenpost redaksiyasının
ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar.
Trend qəzetin öz saytına istinadən bu barədə məlumat
verir.
Hadisə gecə saat iki radələrində baş verib. Bildirilir ki,
alışdırıcı maddə ilə olan şüşə qəzetin arxivinə düşüb və yanğın
burada başlayıb. Jurnalistlər bildirirlər ki, bəzi sənədlər yanıb,
amma insanların heç biri xəsarət almayıb.
Polis, həmin rayonunda olan iki nəfər şübhəli şəxsi yaxalayıb.
Onların insidentə aidiyyəti dəqiqləşdirilir.
Bundan öncə Hamburger Morgenpost Fransanın Charlie Hebdo jurnalında
olan Məhəmməd peyğəmbərin karikaturasını çap edib. Yeri gəlmişkən,
redaksiya hələlik gecə yanğınını məhz satirik şəkilin dərc olunması
ilə əlaqələndirməyə tələsmir.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?