İstanbulda bütün reyslər ləğv olunub
Bizi izləyin

Dünya

İstanbulda bütün reyslər ləğv olunub

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar bütün dəniz reysləri ləğv edilib.

Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Reyslər İstanbul akvatoriyasında artıq bir həftədən çoxdur davam edən qar və tufan səbəbindən ləğv olunub.

Hazırda yanvarın 12-nə planlaşdırılan reyslər ləğv edilib. Onların digər günlərə keçirilməsi barədə məlumat verilmir.

Həmçinin bir sıra vilayətlərdə məktəblərdə dərslərin təxirə salındığı da bildirilir.

Bundan əlavə, dünən "Türk Hava Yolları" aviaşirkəti də bir sıra reysləri təxirə salmışdı. Xüsusilə Tbilisi, Budapeşt, Kişinyov, Cenevrə və Tel-Əvivə reyslər, eləcə də 41 daxili uçuş ləğv olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm