Dünya
Kadırov: “Yüz minlərlə müsəlman öləndə bəyanat verən yox idi”
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da Parisdəki terror aktı ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Kadırov “Instagram”da Fransadakı terror aktını pislədiyini yazıb. Ancaq əlavə edib ki, olayın arxasında naməlum qüvvələr ola bilər:
“Ola bilər, kimsə antiislam əhvali-ruhiyyəsi qızışdırıb ictimaiyyətin fikrini digər qlobal problemlərdən yayındırmaq istəyir”.
Çeçenistan prezidenti ikili standartlar mövzusuna da toxunub:
“Dünya liderlərinin Parisdəki terror aktına görə bəyanat vermələrini alqışlayıram. Ancaq, maraqlıdır, onlar təkcə Fransadakı terroru lənətləyirlər, yoxsa ümumilikdə dünya üzrə terrorizmi?
Niyə bu prezidentlər, baş nazirlər, krallar yüz minlərlə əfqanıstanlı, suriyalı, misirli, liviyalı, iraklı həlak olanda bəyanat vermirdilər, etiraz yürüşü keçirmirdilər?”
Ramzan Kadırov Avropa ölkələrinin Suriyadakı silahlı müxalifətə silahlı yardım etməsinə işarə edərək deyib ki, terrorçulara yardım edənləri pisləmək lazımdır: ”Mən terrorla mübarizə imitasiyasını xoşlamıram. Belə imitasiya ilə London, Paris və Madridi terror aktlarından sığortalamaq olmaz”.
İlqar
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR