11 sentyabr hadisələrində Rusiyanın barmağı – İDDİA
Bizi izləyin

Dünya

11 sentyabr hadisələrində Rusiyanın barmağı – İDDİA

“Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına hücumun araşdırılması zamanı Rusiyanın rolunu da nəzərə almaq lazımdır”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın TSN kanalının canlı yayımına qoşulan çeçen siyasətçi Əhməd Zakayev söyləyib.

“Faktlar məhz onu deyir ki, bu aksiyaların arxasında Rusiyanın maraqları dayanır. Avropa İttifaqı, Avropa Parlamenti və digərləri Rusiyanı Çeçenistan Respublikasında törətdiyi hərbi cinayətlərə görə ittiham edirdi. O zaman Putinin ən yaxın insanlarından biri dedi ki, onlar yaxın vaxtlarda Qərbin bu münaqişədə Rusiyanın tərəfində olması üçün hər şeyi edəcəklər. Və 2001-ci il 11 sentyabrda Amerikaya hücum oldu. ABŞ-a birinci zəng edən Rusiya oldu. Putin bildirdi ki, Rusiya terrorizmlə mübarizə üzrə koalisiyaya daxil olmağa hazırdır və həm də Çeçenistan Respublikasına da bu kontekstdə baxmaq lazımdır", - Əhməd Zakayev deyib.

Zakayevin fikrincə, Rusiyanın xüsusi xidmət orqanları “düşmənin” islam terrorçuları adlandırılan şəxslər olmağı üçün hər şeyi edirlər: “Rusiya Qərblə ümumi düşmən tapmaq istəyir ki, Qərb ona qarşı tətbiq etdiyi sanksiyaları ləğv etsin. Buna əsaslanaraq hesab edirəm ki, Paris terrorunda tək maraqlı ölkə Rusiyadır. Əlavə edirəm ki, bu, versiyalardan biridir və hadisələrin araşdırması zamanı nəzərə almalıdır. Əgər bu cür aksiyalar bundan sonra da Avropada olacaqsa, Rusiyanın lobbist qrupları Rusiyaya qarşı sanksiyaları ləğv etməyə və Qərbi ümumi rəqiblə mübarizə üçün Rusiyanı koalisiyaya qoşmağa çağıracaqlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm