Koreya yarımadasında görünməmiş hadisə: liderlər görüşür
Bizi izləyin

Dünya

Koreya yarımadasında görünməmiş hadisə: liderlər görüşür

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının liderləri görüşə bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya prezidenti Pak Kın Xe Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu bildirib.

Ancaq Cənubi Koreya prezidenti bildirib ki, görüş hansısa ilkin şərtlər olmadan keçirilməlidir. “Mən xalqın bölünməsi ağrısını yüngülləşdimək və sülh yolu ilə birləşməyə nail olmaq üçün hər kəslə görüşməyə hazıram”, - Pak Kın Xe deyib.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikasının başçısı yeni il çıxışında 2015-ci ildə Pak Kın Xe ilə görüşmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, hazırda iki ölkə müharibə vəziyyətindədir. Amma Pxenyan və Seul son həftələrdə dialoqla bağlı müsbət bəyanatlar verməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm