Vulkan püskürdü: 2 nəfər öldü
Bizi izləyin

Dünya

Vulkan püskürdü: 2 nəfər öldü

​Kelud vulkanının kül püskürməsi nəticəsində yaxınlıqdakı yaşayış məntəqəsinin 2 sakini ölüb

İndoneziyanın ən sıx məskunlaşmış Kediri adasında vulkan püskürməsi sakinlərin həyatına təhlükə yaradıb.

Kelud vulkanının kül püskürməsi nəticəsində yaxınlıqdakı yaşayış məntəqəsinin 2 sakini ölüb. Kediri adasından və qonşu Şərqi Yava adasından yaşlılar, qadınlar və uşaqlar evakuasiya edilib.


Vulkanın püskürdüyü kül ölkənin ikinci böyük şəhəri olan Surabayanın 2,5 santimetr hündürlüyündə kül qatı ilə örtülməsinə səbəb olub. Paytaxt Cakartada isə uzaqdan görünmə dərəcəsinin aşağı düşməsi nəqliyyatın hərəkətini çətinləşdirib.


Kelud vulkanının püskürdüyü kül təyyarələrin mühərriki üçün təhlükə törətdiyi üçün Cakarta, Surabaya və Solo beynəlxalq hava limanları da bağlanıb./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm