Pan Gi Mundan müsəlmanlara dəstək
Bizi izləyin

Dünya

Pan Gi Mundan müsəlmanlara dəstək

BMT-nin baş katibi Pan Gi Mun Parisdə ekstremistlər tərəfindən törədilən terror aktlarından sonra müsəlmanlara qarşı repressiyaların yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Onun fikrincə, belə hərəkətlər zorakılığın artmasına gətirib çıxara bilər.

Baş katibin Dəftərxanası tərəfindən yayılan bəyanatda qeyd edilir ki, son həftə ərzində dünyada bir sıra hücumlar baş verib ki, onların səbəbi dini zəmində nifrətdir: "Bu həftə Parisdə baş verən hadisələrdən sonra Pan Gi Mun müsəlmanlara qarşı repressiyaların yolverilməz olduğu barədə xüsusi xəbərdarlıq edir. Belə əsassız mənfi rəylər yalnız terrorçulara dəstək verəcək, həmçinin yeni zorakılıqlara yol açacaq".

BMT rəhbəri dünya birliyini "dözüm və anlaşmaya dəstək üzrə səyləri artırmağa", eyni zamanda, ölkələri “terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə” ikiqat enerji sərf etməyə çağırıb.

Bəyanatda deyilir: "Baş katib terrorizmi qınadığını bir daha təsdiq edir. Heç bir hədəf və ya narazılıq belə hərəkətlərə bəraət qazandıra bilməz".

Pan Gi Mun bazar günü Parisdə keçirilən terrorizmə qarşı, eləcə də Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına və yəhudilərə məxsus supermarketə hücumların qurbanlarının xatirəsinə marşın keçirilməsini alqışlayıb. Marşda BMT-ni Suriya üzrə xüsusi elçi Staffan de Mistura təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm