• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Türkiyə niyə vəhabilər üçün sərhədini açıq qoyub?

  • Dünya
  • 14 Fevral 2014 11:31
  • 1 467 Baxış
Türkiyə niyə vəhabilər üçün sərhədini açıq qoyub?

Adətən hər hansı bir ölkənin qonşuluğunda müharibə gedirsə, həmin ölkə ilə sərhədlər ya tamamilə bağlanır, ya da sadəcə qaçqınların keçidinə icazə verilir.

Düzü bu konteksden yanaşdıqda Suriya hadisələrində xüsusən Türkiyənin canfəşanlıq edərək oraya müdaxilə olunmasına çalışdığı, vəhhabi terror qruplarına dəstək göstərilməsi nə şəxsim nə də deyərdim ki, Türk-İslam dünyası adına heç de anlaşılan deyil.

Xatırlayırsınızsa, əvvəllər türk mediasında Suriyada yaşanan qanlı toqquşmalarda əsas günahkar kimi, Bəşər Əsəd hakimiyyəti göstərilsə də, nədənsə onun əslində kimlərlə döyüşdüyü barədə heç nə deyilmirdi.

Sadəcə qarşı tərəfin Azad Suriya Ordusu olduğu və ölkə müxaliflərindən təşkil edildiyi söylənirdi. Amma sonra məlum oldu ki, Suriyada hakimiyyətə qarşı döyüşənlər heç də ölkə müxaliflərindən təşkil edilməyib və oradakılar dünyanın müxtəlif bölgələrindən gəlmiş və ya gətirilmiş vəhhabi terrorçularıdır.

Onların Suriyaya əsas keçid nöqtələri isə məhz Türkiyədir. Belə silahlılar azad şəkildə Türkiyə-Suriya sərhədindən keçərək döyüşlərə qatılırlar, yaralılar da məhz Türkiyənin sərhədə yaxın xəstəxanalarında müalicə alırlar. Bu barədə dəfələrlə Türkiyə mediası da yazıb.

Hətta CNN həmin terrorçuların necə keçdiyini, hansı evlərdə qaldıqlarını, harada müalicə aldıqlarından bəhs edən gizli çəkiliş aparılmış video da təqdim etmişdi. Bu bir reallıqdır ki, Suriya münaqişəsi boyunca Erdoğan höküməti Misir və Liviya timsalından olduğu kimi Bəşər Əsədin əleyhinə olub, onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyib.

Hətta qərb Suriyadakı daxili münaqişələr iqtidar-müxalifət konteksindən çıxaraq dini zəmində məhzəb davasına döndükdən sonra qərb dövlətləri Əsədin müxaliflərinə açıq dəstəkdən çəkindilər.

İndi isə belə çıxır ki, Suriyada din adına vuruşanlar radikal vəhhabi terroristlər Səudiyyə Ərəbistanda oturan sələfi müftilərin cihad fətvaları və Ərdoğan hökümətinin lojistik yardımları sayəsində Suriyada "cihad"larını davam etdirirlər.

Maraqlıdır axı Türkiyənin bunda marağı nədir?

Bu suala müşahidəçı nöqteyi-nəzərindən məncə ikbaşlı cavab vermək olar.

1.Ya doğurdan da Ərdoğan haqqa deyilənlər doğrudur, yəni o ABŞ-ın yaxın şərqdə "Böyük Ortadoğu Projesi" lahiyəsində öhtəsinə götürdüyü həmsədrlik funksiyasını həyata keçirir;

2. Ya da Suriyanın doğurdanda parçalanacağına əminliyi var ki, bu paraçalanma prosesində ona vəd edilən payın artırılacağına ümid edir.

Anar Xəyali

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR