Dünya
Yanukoviçin villası erməninin adına rəsmiləşdirildi
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin paytaxt Kiyevin Obolonsk rayonundakı elit həyət evinin yeni sahibinin adı məlum olub.
Publika.az-ın verdiyi xəbərə görə, Daşınmaz Əmlak üzrə Reyester Xidmətinin məlumatında Yanukoviçin evinin yeni sahibinin adı milliyyətcə erməni olan Artur Rostomyan göstərilib.
Alqı-satqı müqaviləsi 2 oktyabr 2014-cü ildə bağlanılıb və notariusda təsdiqlənib. Məlumata görə, Artur Rostomyan uzun müddət Qolovanevsk kəndində Sovetski küçəsində Vaçaqan Rostomyanla bir evdə qeydiyyatda olub.
Sonunçu isə “Yarik” ov klubunun həmtəsisçisi kimi məşhurdur. Vaçaqan Rostomyan bu ov klubunu general-mayor Konstantin Sapkom ilə birlikdə Kiyevdə yaradıb. Sapkom Yanukoviçin dövründə Daxili İşlər Nazirliyinin Baş idarəsinin rəhbəri olub. Onun oğlu Tyabko sabiq prezidentin ov klubu olan “Sidr”də təmsil olunur.
Məlumata görə, Yanukoviç Obolonsk rayonundakı həyət evində prezident seçilənə kimi yaşayıb. Yanukoviçin ölkədən qaçmasından sonra ev prokurorluq tərəfindən möhürlənmişdi.
Ömər Dağlı
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI