"Charlie Hebdo" həyasızlığı: Peyğəmbərin yeni karikaturaları olacaq
Bizi izləyin

Dünya

"Charlie Hebdo" həyasızlığı: Peyğəmbərin yeni karikaturaları olacaq

Terror aktının hədəfinə çevrilmiş Fransanın həftəlik “Charlie Hebdo” jurnalının yeni nömrəsi yenidən Məhəmməd peyğəmbərin karikaturalarını, siyasi və dini mövzularda zarafatları dərc edəcək. Trend RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalın vəkili Rişar Malka bəyan edib.

R.Malka “France Info” radiosunun efirində yanvarın 14-də qəzet köşklərində olacaq “Charlie Hebdo” jurnalının məzmunu haqqında suala cavab verərkən deyib: "Əlbəttə, biz geri çəkilməyəcəyik, çünki əks halda bunların heç bir mənası olmayacaq".

O qeyd edib ki, "Je suis Charlie" ruhun vəziyyətidir, bu, həmçinin kafirlik hüququndan xəbər verir: "Je suis Charlie" sizin dini tənqid etmək hüquqa malik olduğunuzu deyir, çünki burada xüsusi heç nə yoxdur. Yəhudini yəhudi olduğuna, müsəlmanı müsəlman olduğuna və xristianı xristian olduğuna görə tənqid etməyə heç kimin haqqı yoxdur. Amma xristianlıq, yəhudilik və islam haqqında istənilən ən pis iyrənc şeyləri danışmaq olar və biz bunu edirik".

Jurnalın növbəti buraxılışı bir milyon tirajla [nəşrin adi tirajı 60 min nüsxədir] çıxacaq. R.Malkanın sözlərinə görə, hazırda jurnalistlər yeni nömrə üzərində səylə çalışırlar. Onların jurnalın üz qabığı ilə bağlı bazar ertəsi axşama yaxın müəyyən qərar verəcəkləri gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm