Dünya
Yanukoviç və oğlu İnterpolun axtarışına verildi
İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin, onun oğlu Aleksandr Yanukoviç, sabiq baş nazir Nikolay Azarov və digər keçmiş yüksək vəzifəli şəxslərin beynəlxalq axtarışını elan edib.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Viktor Yanukoviç 2014-cü ilin fevral ayının 22-də Ukraynanı tərk edib. Onun barəsində Ukraynada cinayət işi qaldırılıb. Ölkənin keçmiş rəhbərinin olduğu yer haqqında dəqiq məlumat olmasa da, onun Rusiya yaşadığı bildirilir. Hətta Kiyev iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Yanukoviçə Rusiya Federasiyası vətəndaşlığının verilməsi barədə gizli fərman imzalayıb.
Ötən ilin sonunda Rusiya prezidentinin özü də etiraf edib ki, Ukraynanın keçmiş dövlət başçısına əvvəlcə Krıma, daha sonra Rusiyaya keçməyə kömək edib. Putin bildirib ki, Yahukoviç Rusiya hakimiyyətindən onun şəxsi təhlükəsizliyini təmin etməyi xahiş edib.
Ömər Dağlı
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO