Avtomobil yolu tutuldu, baş nazir infarkt oldu
Bizi izləyin

Dünya

Avtomobil yolu tutuldu, baş nazir infarkt oldu

İraqın baş naziri Nuri Əl Maliki keçirdiyi infarkt səbəbilə gizlicə Yaşıl Bağdaddakı İbn Sina xəstəxanasına aparılıb

İraqda “Əl-Qaidə”yə bağlı İraq Şam İslam Dövləti ilə hökumətin ordu qüvvələri arasında qarşıdurmalar şimala yayılır.

Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Bağdad-Kərkük avtomobil yolu İŞİD-in nəzarətinə keçib. İraqın baş naziri Nuri Əl Maliki isə ölkədə yaşanan problemlərə dözə bilməyərək infarkt keçirib.

Ölkədə vətəndaş müharibəsi halına gələn qarşıdurmalar onun səhhətinin pisləşməsinə səbəb olub.

"Hammurabi News" bildirir ki, Maliki keçirdiyi infarkt səbəbilə gizlicə Yaşıl Bağdaddakı İbn Sina xəstəxanasına aparılıb. Müalicəsi davam edilən Malikinin sağlamlıq vəziyyətinin ciddi olduğu bildirilib.

Qeyd edək ki, İraq prezidenti Cəlal Təlabani də ötən il keçirdiyi beyin qanaması nəticəsində xəstəxanaya çatdırılmışdı. Təlabaninin müalicəsi hələ də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm