Papadan XƏBƏRDARLIQ: “Orta Şərq şikəst olacaq, əgər...”
Bizi izləyin

Dünya

Papadan XƏBƏRDARLIQ: “Orta Şərq şikəst olacaq, əgər...”

Katolik dünyasının ruhani lideri Papa Francisk müsəlman liderlərə müraciət edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Papa müsəlman liderlərin radikal bəyanatları qınamalı olduğunu söyləyib.

Vatikandakı xarici səfirlər qarşısında ənənəvi yeni il çıxışını edən Papa Francisk Parisdəki terror hücumları, Orta Şərqdəki hadisələr, xristianların vəziyyəti və Nigeriyadakı qarşıdurmalar da daxil olmaqla bir çox mövzuya toxunub. Orta Şərqdə davam edən İŞİD terroruna təşkilatın adını çəkmədən toxunan Papa bölgədə davam edən qarşıdurmalardan xristianlar və digər qrupların zərər gördüyünü deyib.

Beynəlxalq cəmiyyəti Orta Şərqdə evlərini tərk etmək məcburiyyətində qalan xristian azlığı qorumaq üçün konkret addımlar atmağa çağıran Papa xristianların olmadığı Orta Şərqin şikəst olacağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm