Fransanın axtardığı qadının görüntüləri yayıldı – VİDEO, FOTO
Bizi izləyin

Dünya

Fransanın axtardığı qadının görüntüləri yayıldı – VİDEO, FOTO

Fransada terror hücumları ilə əlaqədar axtarışda olan qadının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Türkiyə rəsmiləri Habertürk-ün əldə etdiyi görüntülərdəki qadının 26 yaşlı Həyat Bumedyen olduğunu ehtimal edir.

Türkiyənin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi videoda göstərilən qadının Bumedyen olduğunu təsdiq edib. Amma onun harada olduğu barədə məlum deyil.

Təhlükəsizlik kamerası ilə çəkilmiş videoda qadının İstanbulun Sabiha Gökçən hava limanında onu müşayiət edən bir nəfər kişi ilə pasport nəzarət masasına yaxınlaşdığı görünür. Həyat Bumedyen Parisdə üç gün sürən və 17 adamın ölümülə nəticələnmiş terror hadisələri ilə bağlı Fransa rəsmiləri tərəfindən axtarışdadır.

Qeyd edək ki, Fransa rəsmiləri yanvarın 9-da Kulibalinin Parisdəki supermarketdə vurlub öldürüldüyü zaman Hayat Bumedyenin orada olduğunu iddia edir. Türkiyənin Anadolu xəbər agentliyi isə xarici işlər naziri Mevlut Çavuşoğluna istinadən Bumedyenin Türkiyəyə yanvarın 2-də Madriddən gəldiyi və yanvarın 8-də Suriyaya getdiyi haqda məlumat yayıb.

video

Oxumağa davam et
Reklam
Reklam

Gündəm