• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Putinin “Novorossiya” layihəsi uğursuzluğa düçar oldu”

  • Dünya
  • 13 Yanvar 2015 02:39
  • 564 Baxış
“Putinin “Novorossiya” layihəsi uğursuzluğa düçar oldu”

“Novorossiya”nın yaradılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin möhtəşəm planını həyata keçirmək mümkün olmadı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “The Daily Beast” nəşri yazıb.

“Novorossiya” layihəsinin lap əvvəldən dağıldığını qeyd edən nəşr hesab edir ki, Moskva Donbas hövzəsi üçün məsuliyyəti Kiyevin üzərinə atmaq istəyir.

“Şərqi Ukraynadakı ruspərəst döyüşçülərin liderləri öz uğursuzluğunu açıq etiraf edirlər. Kremlin ideoloqları istəyirdilər ki, “Novorossiya”nı Donetskdən Odessaya qədər uzatsın və Krıma nəqliyyat dəhlizi yaradılsın. Rus millətçiləri hesab edirdilər ki, Rusiya “DXR” və “LXR” üsyançıları ilə birlikdə bütün "Novorossiya”nı zəbt etməli idilər. Amma layihə lap əvvəldən dağıldı, üsyançıların liderləri uğursuzluğa görə məsuliyyəti başqalarının üzərinə atırlar”, - ABŞ nəşri bildirib.

Bu yaxınlarda isə “DXR” separatçı rejimin keçmiş “baş naziri” Aleksandr Boroday və separatçıların liderlərindən olan İqor Bezler verdikləri müsahibədə etiraf ediblər ki, “Novorossiya” layihəsi uğursuzluğa düçar oldu. Onlar uğursuzluğunu Qərbin sanksiyalarından sonra Rusiyada yaranan indiki iqtisadi böhranla izah ediblər.

Amerika nəşri qeyd edir ki, Putin və onun məsləhətçilərinin möhtəşəm “Novorossiya” layihəsi Ukraynanın şərqi və cənubi-şərqində yerləşən şəhərləri çox hissəsi, həmçinin Ukraynanın Qara dənizindəki strateji limanı Odessa və Azov dənizi sahilindəki Mariupol limanının tutulmasını nəzərdə tuturdu: “Amma hazırda “Novorossiya” layihəsi dağıdılmış Luqansk və Donetsk vilayətlərinin yalnız bir hissəsinə qədər geriləyib. Moskva iqtisadi böhranın dərinləşməsi ilə istəyir ki, Kiyev Donetsk və Luqansk üçün məsuliyyəti öz üzərinə götürsün. Belə ki, son iki ay ərzində, Putin “Novorossiya” terminindən istifadə etməkdən çəkinir və özünün əsas bəyanatlarını “Müqəddəs Krım” üzərində cəmləyib”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR