Məhbuslar şəhərdə partlayış törətdi
Bizi izləyin

Dünya

Məhbuslar şəhərdə partlayış törətdi

Tripolidə 9 nəfərin ölümü, 37 nəfərin yaralanmasına səbəb olan terror aktında Livan həbsxanalarındakı bəzi məhbusların əli olduğu ehtimal edilir.

Publika.az-ın məlumatına görə, Livan polisi məhbuslardan bir neçəsinin terrorçularla telefon danışığının səs yazısını ələ keçirib. Bununla bağlı polis Beyrutdakı Rumie həbsxanasında reyd keçirərək şübhəli məhbusları başqa yerə köçürüb. Buna etiraz edən digər məhbuslar qiyam qaldırıblar. Onlar hücrələrdəki döşəkləri yandırıblar.

Qeyd edək ki, iki intiharçı Tripolinin ələvilərin çoxluq təşkil etdiyi Cəbəl Mohsen məhəlləsindəki kafedə bomba partladıb. Partlayış zamanı azı 9 nəfər ölüb, 37 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi qrupu öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm