Metroda tüstülənmə: 1 nəfər öldü, 60 nəfər zəhərləndi
Bizi izləyin

Dünya

Metroda tüstülənmə: 1 nəfər öldü, 60 nəfər zəhərləndi

Vaşinqtonda metroda tüstülənmə bir nəfərin ölümünə səbəb olub, daha iki nəfər isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Trend Lenta.ru-ya istinadan xəbər verir ki, hadisə metronun "L'Enfant Plaza" stansiyasında pik saatda baş verib, nəticədə ümumilikdə 60 nəfər dəm qazı zəhərlənib.

Hal-hazırda adi çəkilən stansiya bağlıdır, qatarlar oradan dayanmadan keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm