FTX “Berkut” cildində: “Bizim ölkədə sizi dərhal öldürərdilər”
Bizi izləyin

Dünya

FTX “Berkut” cildində: “Bizim ölkədə sizi dərhal öldürərdilər”

Ukraynada ötən il baş verən Maydan hadisələrində xarici xüsusi xidmət orqanlarının daha bir izi aşkarlanıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, söhbət Ukraynanın “Berkut” xüsusi təyinatlı dəstəsinin formasını geyinən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarından gedir.

İşgəncələr üzrə Avropa Komitəsinin hesabatında deyilir ki, Maydan nümayişlərində saxlanılanlardan bəziləri məhz “Berkut” xüsusi təyinatlı dəstəsinin formasını geyinən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşların işgəncələrinə məruz qalıb.

Komitə şərti adı “F” olan Ukrayna vətəndaşını danışdırıb. O, 18 fevral 2014-cü ildə bir neçə etirazçı ilə birlikdə saxlanılıb. “F” tamamilə əmindir ki, onu dindirən və döyənlərin bəziləri Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onun sözlərinə görə, barəsində danışdıqları şəxsləri tipik rus ləhcəsində danışırmış. Hətta onlardan biri “əgər siz mənim ölkəmdə olsaydınız, sizi dərhal öldürərdilər” deyib.

Maydanın liderlərindən olan Dmitri Bulatov 22 yanvar 2014-cü il Kiyevdə oğurlanıb və 31 yanvara qədər saxlanılıb. Bulatov qeyd edib ki, ona işgəncə verənlərin hamısı aydın rus ləhcəsi ilə danışıblar. “Onlar həmişə “siz” ifadəsindən istifadə edirdilər. Bu şərait və bəzi suallar inanmağa məcbur edirdi ki, bizə Rusiya vətəndaşları, Rusiya və ya Ukrayna xüsusi xidmət orqanlarının xeyrinə işləyənlər işgəncə verirlər”, - Komitə Bulatovdan sitat gətirir.

Eyni zamanda, Ukrayna hökuməti Komitənin sorğusuna cavab olaraq bildirib ki, hazırda başqa ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin Maydan hadisələrində olmasını təsdiq edəcək məlumatları yoxdur. “Bununla belə, bu informasiyaların məhkəmədən əvvəl araşdırma çərçivəsində yoxlanılması davam edir”, - hökumətin cavabında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm