Erməni millətçiləri Gürcüstanda iğtişaşlar hazırlayır
Bizi izləyin

Dünya

Erməni millətçiləri Gürcüstanda iğtişaşlar hazırlayır

“Siyasi məhbus” adı ilə azadlığa buraxılmış Vaaqn Çaxalyan Gürcüstanın Cavaxetiya bölgəsində iğtişaşlar təşkil etməyi planlaşdırır. Bu məqsədlə o, silahlı dəstə yaradıb.


Publika.az-ın “AzərTAc”a istinadən məlumata görə, belə bir bəyanatla Gürcüstanın keçmiş polis işçisi, bu ölkənin “Şərəf” ordeninə layiq görülmüş Karina Qriqoryan çıxış edib.


K.Qriqoryan deyib: “Məndə olan məlumata görə, Çaxalyan regionda iğtişaşlar planlaşdırır. O artıq 60-70 nəfərlik silahlı dəstə yaradıb”.


Qeyd edək ki, “Vahid Cavaxk” siyasi hərəkatının liderlərindən biri olan V.Çaxalyan Mixeil Saakaşvilinin hakimiyyəti dövründə iğtişaşlar törətdiyinə görə uzun müddətə azadlıqdan məhrum edilmişdi. Lakin M.Saakaşvili hakimiyyətdən getdikdən sonra o, “siyasi məhbus” adı ilə azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm