Avtobus artilleriya atəşinə tutuldu: 10 ölü
Bizi izləyin

Dünya

Avtobus artilleriya atəşinə tutuldu: 10 ölü

Separatçılar Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında içində dinc sakinlərin olduğu avtobusu artilleriya atəşinə tutub.

Publika.az “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Baş idarəsinin müdiri Vyaçeslav Abroskin “Facebook” səhifəsində bildirib.

O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 13-nün yaralandığını bildirib. Ölənlərdən 6-sı qadındır. Vyaçeslav Abroskin həmçinin bildirib ki, hadisə yerində Ukrayna Daxili İşlər Nazirliyinin operativ istintaq qrupu fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm