Dünya
Xarici avtomobil şirkətindən ruslara daha bir zərbə
Yaponiya avtomobil istehsalçısı “Toyota” Rusiyada avtomobillərin qiymətini 20 faiz qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadən RİA xəbər agentliyi bildirib.
Mənbənin sözlərinə görə, qiymətlərin artımı “Toyota Land Cruiser 200” modeli istisna olmaqla bütün digər modellərə şamil olunur. O, həmçinin vurğulayıb ki, şirkətin sözügedən qərarı 2015-ci ilin yanvarından istehsal olunan avtomobillərlə bağlıdır.
Bu gün həmçinin “Lada” şirkəti istehsal etdiyi avtomobillərin qiymətinin 9 faiz artırıldığını açıqlayıb. Şirkət qərarını dollar və avronun məzənnəsinin artması ilə izah edib.
Rublun kəskin devalvasiyası ilə əlaqədar dekabr ayının sonunda “Audi”, GM və “Jaguar Land Rover” şirkətləri Rusiyada avtomobillərin satışını dayandırıb. “Kia” şirkəti isə Rusiyaya avtomobil ixracını dayandırıb.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!