Ekspert: “Ukraynaya genişmiqyaslı hücum Putindən asılı deyil”
Bizi izləyin

Dünya

Ekspert: “Ukraynaya genişmiqyaslı hücum Putindən asılı deyil”

“Donbas hövzəsinə hücum Rusiya prezidenti Vladimir Putindən asılı deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna mediasına açıqlamasında ukraynalı politoloqu Kost Bondarenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqində genişmiqyaslı hücuma başlamaq Rusiya prezidenti Vladimir Putin üçün hazırkı situasiyada əlverişsizdir: “Ukraynanın şərqində aktiv döyüş əməliyyatlarına başlamaq indiki situasiyada Putin üçün əlverişli deyil. Onun üçün ən vacib olanı sanksiyaların ləğvinə nail olmaqdır. Buna nail olmaq üçün isə Putin nümunəvi davranış sərgiləməlidir”.

Ukraynalı ekspertin sözlərinə görə, bundan sonra hadisələrin inkişafı bir neçə amillə müəyyən ediləcək: “Putin sosioloji sorğulara əsasən davranış xəttini müəyyən edəcək. Əgər Putin görsə ki, rusiyalıların əksəriyyəti üçün sosial sabitlik deyil, məhz gücün nümayişi daha əhəmiyyətlidir, o halda Ukraynanın şərqinə yeni hərbi güclər göndərilə bilər. Əksinə, rusiyalıların sosial sferadakı qeyri-müəyyənlikdən yorulduğunu görsə, o halda Putin sanksiyalardan qurtulmağa çalışacaq. Yəni, hər şey Putinin əhval-ruhiyyəsindən deyil, rusiyalıların əhval-ruhiyyəsindən asılı olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm