Sonuncu ittiham da Hüsnü Mübarəkin üzərindən götürüldü
Bizi izləyin

Dünya

Sonuncu ittiham da Hüsnü Mübarəkin üzərindən götürüldü

Misir məhkəməsi keçmiş prezident Hüsni Mübarəkə və onun iki oğluna qarşı olan mənimsəmə ittihamını ləğv edib və məhkəmənin yenidən keçirilməsi haqqında qərar qəbul edib.

Eks-prezidentin vəkili bildirib ki, müvəkkili 3 il həbsdə yatdığına görə sərbəst buraxılmaq haqqına malikdir. Hüquq-mühafizə orqanlarındakı mənbə də, həbsxanada keçirdiyi günlər hesablandıqdan sonra keçmiş prezidentin sərbəst buraxılacağını deyib.

Qeyd edək ki, Hüsnü Mübarək may ayında dövlət büdcəsindən öz şəxsi xərcləri üçün 14 milyon dollar xərcləməkdə ittiham olunaraq üç illik həbs cəzasına məhkum edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm