• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ərdoğan üçün “uçan qala” alınır – FOTOLAR

  • Dünya
  • 14 Yanvar 2015 13:29
  • 495 Baxış
Ərdoğan üçün “uçan qala” alınır – FOTOLAR

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkə prezidenti üçün “Boeing” şirkətinə məxsus olan “CH-47F Chinook” tipli komfortlu helikopter sifariş verib.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, ötən həftə Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərliyi altında keçirilən hökumətin iclası zamanı 6 ədəd “CH-47F Chinook” tipi hərbi helikopterin alınması qərara alınıb ki, bunlardan da biri digərlərindən komfortu ilə seçiləcək. Həmin helikopter Türkiyə prezidenti üçün nəzərdə tutulur.

Digər 5 helikopter isə Türkiyənin Baş Qərargah rəisi, müdafiə naziri, Hərbi Hava qüvvələri və Quru qoşunları rəhbərləri üçün alınır.

Qəzet yazır ki, 6 helikopterin alınması 400 milyon dollara başa gələcək. Prezident üçün nəzərdə tutulan helikopter fövqəladə vəziyyətlərdə istifadə olunacaq.

Helikopter ölkəyə gətiriləndən sonra Türkiyənin Prezident Sarayında saxlanılacaq.

Qeyd edək ki, ABŞ istehsalı olan “Boeing CH-47F Chinook” tipli helikopterin NATO ordusunda kod adı “uçan qala”dır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR